Türkiyənin İncirlik təyyarə bazasında yerləşdirilən ABŞ-ın nüvə silahının terrorçular və başqa güclər tərəfindən ələ keçirilməsi barədə ciddi qorxular var.
Bu haqda Vaşinqtondakı Stimson Tədqiqat Mərkəzinin məruzəsində deyilir.
Ekspertlərin firkincə, Vaşinqtonda mütləq əminlik yoxdur ki, ABŞ Türkiyədə davam edən vətəndaş münaqişəsi fonunda nüvə silahı üzərində nəzarəti saxlaya bilər.
Birləşmiş Ştatlar ilk dəfə 1950-ci illərin sonlarında 1960-cı illərin əvvəlində – “soyuq müharibə” dövründə Avropada taktik nüvə bombalarını yerləşdirib. Məqsəd Şərqi Avropadakı sovet tank ordularını kompensasiya etmək idi. Taktik nüvə silahının əksəriyyəti 1990-cı illərin əvvəllərində Avropadan çıxarılıb. Amma hazırda Belçika, İtaliya, Almaniya, Niderland və Türkiyədə 6 bazada 180 ədəd B61 bombasının qaldığı bildirilir. Türkiyədə isə 50 bombanın olduğu deyilir.
Məruzədə B61-in bütün yüklərinin Avropadan dərhal çıxarılması və bu silah növünün alınmasının ləğvi tövsiyə edilir. Bildirilir ki, bu, iqtisadiyyata altı milyard dollardan çox verəcək. “Bu bombalar müasir müharibə üçün pis uyğunlaşdırılıb və inanılmaz şəkildə bahalıdır”, - sənəddə vurğulanır. (Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...