Maykl Krouli, Lüis Nelson
“Politico” (ABŞ)
Prezident Donald Trampın Suriyaya qarşı potensial hərbi zərbə çağırışı rus liderini Ağ Evə dəvət etməsindən bir neçə həftə sonra səslənib və ABŞ-ı Rusiya prezidenti Vladimir Putinlə təhlükəli toqquşma kursuna yönəldir.
Tramp Suriyaya hücum barədə tvit atarkən, ekspertlər və ABŞ-ın sabiq rəsmiləri bunun Vaşinqton və Moskva arasında təhlükəli toqquşmaya gətirib çıxara biləcəyinə dair xəbərdarlıq edib.
Barak Obama dönəmində Pentaqonda və Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə sabiq müşavir Maykl Karpenter deyib: “Putin Trampın atdığı “tweet”i tryuk kimi qavrayaraq, şübhəsiz, bunu iradə testi olaraq görür”.
2016-nın prezident kampaniyasında, 18 ay əvvəl Tramp namizəd olarkən, rəqibi Hillari Klintonun Rusiyanın Suriyadakı siyasətini sərt tənqid etməsinin üçüncü dünya müharibəsinə gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edirdi. O dəfələrlə bəyan etmişdi ki, yeddi illik vətəndaş müharibəsində Əsədin müxalifətlə mübarizə apardığı Suriyada ABŞ və Rusiya birlikdə işləyə bilər.
“Rusiya hazırlaş, raketlər gəlir” tviti atan Tramp indi Moskvaya insanları sarin qazı öldürən “heyvanla ortaq olma!” çağırışı edib.
Həmçinin, ABŞ-Rusiya münasibətlərinin indi “keçmişdən daha pis” olduğunu və “soyuq müharibəni” ehtiva etdiyini bəyan edib.
Tramp hələ də Putinlə birlikdə “addımlamağa” ümid etdiyini söyləyib və Putinin adını qəsdən çəkməyib.
Rusiya prezidenti isə aprelin 11-də Moskvada ritorikanın güclənməsindən çəkinmədən “dünyada vəziyyətin daha xaotik” olduğunu, “beynəlxalq əlaqələrdə sağlam zəkanın üstün olacağına, konstruktiv bir kursa gələcəyini ümid etdiyini” deyib.
Maykl Karpenter: “Ruslar Suriyadakı hər hansı bir ABŞ hərəkətinə təpki göstərəcəkləri halda, diqqətli olacağını” ifadə edib. Onun zənnincə, Moskva ABŞ-ın qanadlı raketlərini sınaqdan keçirmək və elektron döyüş qabiliyyətlərini yoxlamaq üçün “S-400” raket sistemlərini istifadə edəcək.
Obama dönəmində Ağ Evdə Suriya faylına nəzarət edən Milli Təhlükəsizlik Şurasının sabiq səlahiyyətlisi Aleksandr Bik deyib: “Zənnimcə, Rusiya qanadlı raketləri vurmaqla bunu zəfər kimi təqdim etməyə çalışacaq. ABŞ-ın Suriyadakı vəziyyətini qeyri-qanuni olaraq göstərmək üçün o, sıx diplomatik səy və ABŞ-ın Suriya hava sahəsinə çıxmasına icazə verməmək üçün daha aqressiv bir taktika göstərəcək”.
ABŞ rəsmiləri və ekspertlər xəbərdar edir ki, Amerika raketləri Suriya prezidenti Bəşər Əsədin qüvvələrinə kömək edən rus əsgərlərindən ən azı birini öldürdüyü halında, hadisələr daha təhlükəli rəngi ala bilər. Obama administrasiyasında Pentaqonun keçmiş səlahiyyətlisi deyib ki, ruslar Suriyanın içərisində ən əsas hərbi hədəflərdə iştirak edirlər.
Mövcud böhrandan qabaq, iyun ayında Trampın yeni milli təhlükəsizlik məsləhətçisi Con Bolton “Wall Street Journal”-da xəbərdarlıq etmişdi ki, Suriyada “ABŞ və Rusiya arasında birbaşa hərbi qarşıdurma ehtimalı artıb” və ABŞ Rusiyanın bu ölkədəki təsirinə etiraz etməlidir.
Aprelin 11-də Kreml tərəfindən maliyyələşdirilən “RT”-də yayımlanan bir şərh və video Trampın siyasi səbəblərdən Suriyanı bombalamağa hazırlaşdığı iddiası irəli sürülüb.
Trampın sözləri Əsədin qüvvələrinə hücuma dair göstərici olsa da, müdafiə naziri Cim Mattis jurnalistlərə bildirib ki, ən azı 42 nəfərin ölümünə səbəb olan kimyəvi hücumun arxasında Əsədin olduğunu sübut edən “kəşfiyyatı məlumatı yoxdur”. Suriya və Rusiya səlahiyyətliləri isə bunda üsyançı döyüşçüləri günahlandırıb.
Daha sonra Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlərə bildirib ki, mümkün hərbi əməliyyatlara dair “qeyri-ciddi qərarlar qəbul edilməyib”.
Trampın Putinlə dialoqa çağırış zəminində sərt mübahisələr, ABŞ və Rusiya arasında diplomatik qarşıdurma artır.
Tənqidçilər deyir ki, Trampın Suriyaya dair açıq siyasət yoxdur. Bu yaxınlarda o, sürətli bir şəkildə geri çəkilməyə çağırıb, amma İŞİD tamamilə məğlub olunmayıb və ABŞ Rusiya və İranın Suriyadakı təsirinə müqavimət göstərməlidir.
Barak Obamanın Yaxın Şərq üzrə baş köməkçisi Philip Qordon deyib: “Tramp bu mövzuda ziddiyyətli addımlar atıb və onun “tweet”i əlaqəli strategiyadan daha çox emosiya və eqo ilə idarə edildiyinə sübutdur”.
Dövlət Departamentində diplomatlar deyirlər ki, onlar hərbi əməliyyatlar gözləyirlər, amma Əsədin hakimiyyətinə müxalifətin böyük əksəriyyətini vurduqları ölkədə hakimiyyət balansını dəyişəcəklərini gözləmirlər.
“Əsəd qalib gəlib. Bir hücum bu həqiqəti dəyişə bilməz”, – Dövlət Departamentinin bir rəsmisi deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...