"Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq"
Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.
Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan danışan Ərdoğan məqsədlərinə çatana qədər mübarizə aparacaqlarını vurğulayıb: "Suriyada sabitlik yaradacaq yeganə ölkə bizik, Türkiyədir".
Ərdoğan Suriyanın Duma şəhərində qeydə alınan kimyəvi hücumdan danışaraq bu məsələni ABŞ və Rusiya ilə müzakirə etdiyini deyib: "Dünən ABŞ dövlət başçısı Donald Trampla telefon danışığım oldu. Bu gün də Rusiya prezidenti Vladimir Putinlə danışacağam. Birlikdə bu kimyəvi qətliamı necə durdura biləcəyimizi müzakirə edəcəyik. Türkiyə olaraq əvvəldən məqsədimiz Suriyada təhlükəsiz gələcəyi təmin etməkdir. Təhlükəsiz mühit yaranana kimi orda fəaliyyətimizi davam etdirəcəyik.
Suriyada terror təşkilatlarına qarşı səmimi mübarizəni təkcə Türkiyə aparır. Bizdən başqa hər kəs müxtəlif əməllərini gerçəkləşdirmək üçün terror təşkilatlarından alət kimi istifadə edir. Onların dərdinin Suriya, terrorçular olmadığı aydındır.
Müttəfiqlərimizin əsgərlərinə qarşı silah işlətmək niyyətimiz yoxdur, amma dost kimi hər birinə tövsiyə edirəm ki, terrorçularla çox da yan-yana durmasınlar. PYD, DEAŞ kimi terror təşkilatlarını təhdid olaraq görür və lazım olanı etməyi vacib sayırıq".
Ərdoğan qeyd edib ki, Suriya və İraqda nümayiş etdirilən bu "tamaşa" ucbatından dünya yaxın zamanda ən böyük təhdidlə qarşı-qarşıya dura bilər: "Biz artıq Suriya və İraqda oynanan bu "tamaşa"nın dayandırılmasıını, maskaların çıxarılmasını, hər kəsin gerçək üzünü göstərməsini istəyirik. Kimyəvi silahlarla öz vətəndaşlarına hücum edən rejimi qorumaq da, terrorçular üzərindən Suriyanı bölməyə çalışmaq da yanlışdır".
Ərdoğan onu da bəyan edib ki, Suriya qol güləşi meydanına çevrilməməlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...