Rusiyanın Baş nazir Dmitri Medvedev bildirb ki, ABŞ sanksiyalarına Rusiya öz bazarına Amerika mallarının girişini məhdudlaşdırmaqla cavab verə bilər
Rusiya Duması qarşısnda çıxış edən Baş nazir Medvedev qeyd edib ki, bu məsələyə dair son və qəti qərarı ölkə prezidenti verəcək.
Onun sözlərinə görə, Rusiya bazarında xeyli sayda Amerika məhsulu var.
"Bu təkcə qiymətli kağızlar deyil. Başqa məhsullar da var", - Medvedev qeyd edib.
Bundan əvvəl Medvedev Rusiyanın cavab tədbirlərinin "mövcud ticarət əlaqələri və prosedurları" ilə bağlı ola biləcəyini istisna etməmişdi.
ABŞ kimi Rusiya da Dünya Ticarət Təşkilatının üzvüdürlər.
İki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ilin nəticələrinə görə, 24 milyard dollar təşkil edib. Bunlardan 17 milyard dollar Rusiyadan ABŞ-a ixracın payına düşüb.
Rusiya əsasən, ABŞ-a neft, metal, nüvə yanacağı, mineral gübrə və balıq məhsulu ixrac edir.
ABŞ-dan Rusiyaya isə əsasən, Boeing korporasiyasının məhsulu ixrac olunur. Bunlar təyyarə, təyyarə mühərrikləri və təyyarələr üçün ehtiyat hissələridir.
Bundan əlavə, ABŞ Rusiyaya maşınqayırma məhsulunu da göndərir.
Sanksiyalar yürüdülənə qədər ABŞ Rusiyanı neft avadanlığı ilə təchiz edən əsas ölkələrdən idi.
Aprelin 6-da ABŞ Maliyyə Nazirliyi onlarla rusiyalı biznesmen, dövlət şirkəti rəhbərləri və məmurlara, eləcə də bir neçə şirkətə qarşı sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına salınmış şirkətlərin səhmdarları bir neçə gün ərzində yüz milyonlarla dollar məbləğində zərərə düşüblər.
Sanksiya sihasında olmayan şirkətlər də zərər çəkib.
Bazar günü, aprelin 9-da rusiyalı milyarderlərin ümumi itkisi təxminən 16 milyard dollar təşkil edib.
Sanksiyalar həmçinin Rusiya valyutasının zəifləməsinə gətirib çıxarıb.
Aprelin 11-də Moskva valyuta birjasında 2016-cı ilin mart ayından etibarən ilk dəfə olaraq avronun məzənnəsi 80 rubl həddini, dollar isə 64 rubl həddini aşıb.
Həmin gün Moskva vaxtı ilə 14.34-də 1 dollar 64,7 rubl, 1 avro isə 80,1 rubla bərabər olub.
http://www.bbc.com/azeri/region-43725234
MilliYol.Az
Digər xəbərlər
loading...