Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında bülletenlərin 92 faizinin sayılmasından sonra ortaya çıxan nəticələri elan edib. MSK sədri bildirib ki, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,00 % səslə (3192522səs) qalib olub.
Digər namizədlərin aldığı səslər aşağıdakı kimidir:
Seçkilərdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,04% (112 915 səs);
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11% (115 462 səs);
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,02% (112 078 səs);
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,39% (51 738 səs);
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,51% (56 153 səs);
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,18% (43 546 səs); –
“Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0,75% (27 706 səs).
Xatırladaq ki, seçkilərdə ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 353 nəfəri (ümumi seçicilərin 74,51 faizi) səsvermədə iştirak edib.
MilliYol.Az
Digər xəbərlər
loading...