Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 11-də keçirilən Prezident seçkilərinin uğurla başa çatması və İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə ordunun şəxsi heyətini təbrik edib
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri bildirib ki, Azərbaycan ordusunun şəxsi heyəti seçkilərin səsverməsi prosesində böyük ruh yüksəkliyi ilə iştirak edib, ölkəmizin təhlükəsizliyi və demokratik inkişafı naminə doğru seçim edərək ən layiqli namizədə səs verib.
General-polkovnik Zakir Həsənov bir daha əmin edib ki, Azərbaycan ordusunun şəxsi heyəti Vətənimizin keşiyində ayıq-sayıq dayanıb, torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrinin icrasına hazırdır və qadirdir.
MilliYol.Az
Digər xəbərlər
loading...