İŞİD qruplaşmasının üzvləri yayda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı internetdə təhdid dolu məlumatlar yaymağa başlayıb
Oxu.Az xəbər verir ki, bu barədə terrorçuların internetdəki fəaliyyətinin monitorinqini aparan “SITE İntellegence Group” məlumat yayıb.
Qurumun ekspertlərinin dediyinə görə, İŞİD tərəfdarları sosial şəbəkələrdə bombaların əks olunduğu posterlər, terrorçu-kamikadzelərin və silahların şəkillərini və beynəlxalq futbol turnirinə hədəflənən təhdidlər paylaşır.
Plakatların birində stadionun tribunasından çıxış edən RF prezidenti Vladimir Putinin şəkli əksini tapır. Rusiya liderinin bədənində snayper tüfənginin nişanını görmək olur. Onun yaxınlığında əlində Kalaşnikov avtomatı tutan terrorçu təsvir olunub.
Digər xəbərlər
loading...