“Seçkilərin keçirildiyi 10 məntəqədə olduq. Heç bir qanun pozuntusu aşkar olunmayıb”
Bunu Latviya Seyminin deputatı Roamans Nudins Azərbaycan prezident seçkilərindən sonra keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, diqqət yetirdiyi əsas məsələlərdən biri hərəkət imkanı məhdud olan insanlarla bağlı olub: “Hərəkət imkanı məhdud olan insanların seçkidə iştirakı üçün hər cür imkan yaradılmışdı. O cümlədən, ehtiyac olan evlərə səyyar qutular göndərilirdi. Müşahidə apardığım bütün məntəqələrdə təbliğat banerləri mövcud idi, insanlar namizədlərlə tanış ola bilirdilər. Məntəqənin girişində vətəndaşlar üçün çox sadə sistem yaradılıb. Bu sistem mənim ölkəmdə yoxdur. Əvvəlki dövrlərlə müqayisədə Azərbaycandakı seçki prosesində kifayət qədər yaxşılaşma müşahidə olunur. Bir çox ölkələrdə seçkiləri müşahidə etmişəm. Demək olar, hər yerdə eyni sistemdir, amma Azərbaycanda bülletenlərin küncünün kəsilməsi mənim üçün bir yenilik olub. Bu çox yaxşı haldır”.
Digər xəbərlər
loading...