NATO-nun baş katibi Yens Stoltenberq 16 aprel tarixində Türkiyəyə rəsmi səfər edəcək
Virtualaz.org bildirir ki, bu barədə "Hüriyyət" nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Y.Stoltenberq Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, XİN rəhbəri Mövlud Çavuşoğlu və müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək.
Baş katibin görüşlərində Türkiyə-NATO münasibətləri, “Zeytun Budağı” Hərəkatı, terrorla mübarizə, “2018-Brüssel Sammiti” hazırlıqları və regional məsələlərin müzakirə ediləcəyi gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...