MilliYol.Az Virtualaz.org-a istinadən xəbər verir ki, dələduzluğun qurbanına çevrilən orta yaşlı qadın polisə şilayət edib
Bu barədə Xətai rayon Polis İdarəsindən məlumat verilib.
Xətai RPİ-nin 35-ci Polis Bölməsinə 53 yaşlı Gəncə şəhər sakini müraciət edərək, martın 28-də “zeytunluq”da Rauf adlı şəxs tərəfindən hədələndiyini bildirib. Həmin şəxs pul verməyəcəyi təqdirdə qadına məxsus intim şəkilləri sosial şəbəkədə yayacağı ilə hədələyib və 200 manat pul “qopara” bilib. Şantaja uğrayan qadın bir neçə gündən sonra polisə şikayət edib.
Qadının şəkillərinin hansı yolla Raufun əlinə keçməsi məlum deyil. Adıçəkilən şəxs hələlik saxlanılmayıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, son zamanlar ölkədə bu cür hallara tez-tez rast gəlinir. Dələduzlar sosial şəbəklər vasitəsilə insanlara hədə-qorxu gələrək pul qoparırlar. Aprelin əvvəlindən bəri dörd belə fakt qeydə alınıb. Onlardan ikisinin üstü açılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...