Böyük Britaniya hökuməti Formula 1 Qran Prisi çərçivəsində Bakıya səfər edəcək vətəndaşlarına səfər tövsiyəsi verib
APA-nın Britaniya hökumətinin saytına istinadən verdiyi məlumata görə, tövsiyədə Britaniya vətəndaşlarının Azərbaycana daxil olması üçün viza tələb olunduğu qeyd olunub. Həmçinin vətəndaşlar üçün Azərbaycanda aprelin 27-29-da Qran Pri keçiriləcək vaxtda havanın temperaturu və nəqliyyat imkanları barədə məlumat verilib.
Qeyd olunur ki, Bakıda cinayətin səviyyəsi aşağıdır. Bununla belə, Britaniya hökuməti vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...