Prezidentliyə namizəd Zahid Oruc səsvermə hüququndan istifadə edib
APA-nın məlumatına görə, o, ailə üzvləri ilə birgə 23 Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsinə gələrək səs verib.
Z. Oruc jurnalistlərə açıqlamasında bildirib ki, seçkilərdə heç kimin iradəsinə basqı yoxdur: “Bizim seçki komandamız da seçki məntəqələri üzrə paylaşıb, müşahidələrini qeyd edir. Hesab edirəm ki, 11 aprel 2018-ci il tarixi Azərbaycanın həyatında önəmli gündür. Millətimizin bu gündən gözləntiləri var. Vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti... Mənim anlamımda seçkilərin yekunlarından çıxan nəticə bundan ibarət olmalıdır. Azərbaycan dövləti ötən on illər ərzində böyük yol keçib. Bizim hamımızın imkanımız var ki, bu dövrü düzgün dəyərləndirək. Seçkidə yekun elə olmalıdır heç kim özünü məğlub, çıxdaş edilmiş saymasın. Hesab edirəm, bu nöqteyi-nəzərdən yanaşsaq, elə bir şəxsin qalib gəlməsi lazımdır ki, milli birliyi təmin eləsin, dövlətimizin həyatında on illər ərzində davam edən inkişaf özünün axarını tapsın. Siyasi qüvvələr arasında olan düşmənçilik, qarşılıqlı ittihamlar aradan qalxsın, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin, vətəndaşın istər iş, istər gəlirləri baxımından durumu daha da yaxşılaşsın. Əminəm ki, belə də olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...