“İndiyə kimi heç bir pozuntuya rast gəlməmişik. Hər hansı təzyiq və ya kənar təsirlərin şahidi olmamışıq”
Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Avropa Parlamentinin üzvü Alen Fisini deyib.
Üç seçki məntəqəsində olduqlarını vurğulayan Avropa Parlamentinin üzvü bildirib ki, barmaq izi, görünməz boyanın istifadəsi kimi prosedurlarla tanış olub, lazımı qeydlərini aparıb: “Müşahidəmizə davam edirik. Hər hansı qayda pozuntusu, yaxud kənar təsir olarsa, təbii ki, onu qeydə alacağıq. Axşama qədər müşahidə aparacaq və bağlanış mərasimində də iştirak edəcəyik”.
A. Fisini məntəqələrdə prezidentliyə namizədlərin nümayəndələrinin müşahidəçi qismində iştirak etdiklərini qeyd edib: “Bununla bağlı heç bir qanun pozuntusuna rast gəlmədik”.
MilliYol.Az
Digər xəbərlər
loading...