«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ticarət sahəsində avtomobillərə tətbiq olunan rüsumu azaltdığına və atdığı digər addımlara görə, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tsizinpinə minnətdar olduğunu bəyan edib
«Mən, idxal rüsumları və avtomobil maneələri barədə xoş sözlərinə, həm də intellektual mülkiyyət barədə onun anlaqlı olması və texnologiyaların transferi barədə söylədiyi fikirlərinə görə, ÇXR-nın sədri Si Tsizinpinə minnətdaram. Biz, birlikdə böyük proqresə nail olacağıq…» – deyə, Tramp öz «Tvitter»ində yazıb.
Bundan əvvəl, Tramp administrasiyası ÇXR-ı «düzgün olmayan» ticarət siyasəti yeritməkdə günahlandıraraq, 1,3 min növdə Çin mallarına idxal rüsumu tətbiq edəcəyi ilə hədələmişdi. Bu hesabla, tətbiq olunacaq rüsumun illik həcmi 150 milyard dollar təşkil edə bilərdi. Buna cavab olaraq, çərşənbə günü Çin lideri bəyan edib ki, ölkəsi idxal avtomobillərinə və bigər məhsullara tətbiq olunan rüsumu azaldacaq.
ABŞ həm də Çini intellektual mülkiyyətin oğurluğunda ittiham etmişdi və bildirmişdi ki, bu ölkə öz bazarında işləmək üçün ABŞ şirkətlərini yerli istehsalçılar ilə texnologiyaları bölüşməyə məcbur edir.
MilliYol.Az
Digər xəbərlər
loading...