“Martın 9-dan Azərbaycanda işləyirik. Seçki öncəsi vəziyyəti müşahidə etdik. Bu gün səsverməni müşahidə edirik və aprelin 24-nə kimi səsvermədən sonrakı fəaliyyətləri izləmək üçün burada olacağıq”
Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Koryen Yonker deyib.
O, 13 nəfərlik analitik qrupla birlikdə çalışdıqlarını söyləyib: “Bu gün beynəlxalq seçki müşahidə missiyamıza 350 müşahidəçi daxildir. Onlar ölkə üzrə müşahidə aparırlar. Sabah mətbuat konfransı keçirəcəyik və indiyə kimi olan müşahidələrimizin nəticələrini açıqlayacağıq. İki aydan sonra isə final hesabatımız olacaq”.
K. Yonker qeyd edib ki, DTİHB həmişə eyni metodologiya ilə işləyir: “Bütün üzv ölkələrdə eyni şəkildə müşahidə aparırıq. Biz dövlət rəhbərliyi ilə, siyasi partiyalarla, namizədlərlə, seçki administrasiyası, ənənəvi və müxalif media ilə görüşürük. Bütün müşahidələri hesabat şəklinə salırıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...