“Biz keçmiş sovet ölkələrinə, xüsusilə Qafqaza və Azərbaycana böyük maraq göstəririk”
Bu fikirləri Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin həmtəsisçisi Klod Monike söyləyib.
"Mən siyasi, risk və təhlükəsizlik analizləri sahəsində ixtisaslaşmış Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin həmtəsisçisiyəm. Bizim mərkəzimiz Brüsseldə yerləşir. Biz keçmiş sovet ölkələrinə, xüsusilə Qafqaza və Azərbaycana böyük maraq göstəririk. Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Axırıncı dəfə buraya 5-6 il əvvəl gəlmişəm. Hazırda 11 aprel prezident seçkilərini müşahidə etmək üçün buradayıq.
Proseslərin düzgünlüyünü, demokratik və beynəlxalq standartlara cavab verib-vermədiyini müəyyən etməliyik. Azərbaycanı bir qədər tanıyan biri olaraq deyə bilərəm ki, ərazisinin bir hissəsi işğal altında olan, müstəqillik tarixi 30 ildən az bir müddəti əhatə edən bir ölkə üçün Azərbaycan yaxşı mövqedədir. Digər Sovet İttifaqı ölkələri ilə müqayisə etsək, deyə bilərəm ki, Azərbaycan belə bir çətin kontekstdə özünü çox yaxşı idarə edir. Hətta o, digər ölkələr üçün nümunə ola bilər”,- deyə Monike bildirib. (azərtac)
Digər xəbərlər
loading...