“DXR”-in Ermənistanlı “Cəllad” ləqəbli muzdlusu, görünür ki, ilk növbədə ruhi xəstədir
Bu barədə ukraynalı politoloq Aleksey Voronenko Oxu.Az saytına erməni muzdlusunun açıqlamasını şərh edərək bildirib.
Ukraynalı ekspertin fikrincə, “Cəlladın” iddiaları – aydın ifadə edilən şizofreniya əlamətləridir.
Voronenko deyir ki, “Düşünürəm ki, belə personajları hətta Ermənistanda da qəbul etmirlər, çünki o mövcud olmayan ölkənin vətəndaşı olmaq arzusunu bildirib. Görünür bu personaj, adam öldürmədən yaşaya bilmir, müharibənin hər şeyi həll edə biləcəyi prinsipini rəhbər tutur.
Onun sözlərinə görə, belə əclaflar həmişə müxtəlif hərbi münaqişələr zamanı üzə çıxırlar.
Sonda Voronenko onu əlavə etdi ki, “Belə bədheybətlərə görə Qarabağda vəhşilik dəhşətli miqyas alır. Bu yalnız belə insanların toxunma hissidir, əsl döyüş zabitləri heç vaxt belə sözləri və hərəkətləri özlərinə rəva bilməzlər. Mənə elə gəlir ki, bu əclafların sonu birdir...”
Bundan əvvəl xəbər verilirdi ki, Ermənistandan olan “DXR”-nın “Cəllad” ləqəbli muzdlusu demişdir ki, Donetsk və Luqansk vilayətlərinə “Ukrayna faşistlərindən onların Qarabağda Ermənistana qarşı Azərbaycan tərəfində vuruşduqlarına görə qisas almaq” məqsədilə mübarizə aparmağa gedib.
Digər xəbərlər
loading...