İsrailin Rusiyadakı səfiri Hari Koren Xarici İşlər Nazirliyinə çağrılıb
"Report" bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.
Onun sözlərinə görə, səfirlə bu gün keçiriləcək görüşdə bütün aktual məsələlər, o cümlədən Suriyanın hərbi bazasının bombalanması məsələsi müzakirə olunacaq.
Bununla yanaşı, diplomat deyib ki, Moskva ABŞ-ın Suriyaya zərbələrin ağır fəsadları barədə bəyanatlarının nəzərə alacağına ümid edir.
Onun sözlərinə görə, Suriyada Rusiya ilə ABŞ arasında hərbi qarşıdurma təhlükəsi yoxdur.
MilliYol.Az
Digər xəbərlər
loading...