Kiyevdə “Marokana” restoranında Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun oğlu oğurlanıb. Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisənin görüntüləri dərc edlib.
Hadisə çərşənbə axşamı - 9 avqustda baş verib. Kiyev polisi Aleksandrı oğurlayan cinayətkarları saxlayıb. Maraqlıdır ki, Aleksandr Avakov və onunla birlikdə olan “Azov” alayının kəşfiyyat komandiri polisə oğurluq faktı üzrə şikayət etməyib. “Marokana” restoranının əməkdaşlarına, həmçinin hüquq-mühafizə orqanlarına hadisəni şərh etməyi qadağan ediblər.
Məlum olub ki, oğrulardan biri Gürcüstan vətəndaşı R.Aftandildir. O, polisə bildirib ki, Ukraynaya avqustun 8-də turizm məqsədi ilə gəlib.
MilliYol.Az
Digər xəbərlər
loading...