Bu gün Rio Yay Olimpiya Oyunlarında cüdo yarışlarına yekun vurulacaq. MilliYol.Az xəbər verir ki, son gündə daha 2 dəst medal sahibini tapacaq.
Qadın cüdoçuların yarışında təmsil olunmayacağımızdan, kişi idmançıların mübarizəsində Uşanqi Kokauri Azərbaycan yığmasına növbəti medalı qazandırmağa çalışıb. Amma o, bu işin öhdəsindən gələ bilməyib.
+100 kq çəki dərəcəsində tatamiyə çıxan təmsilçimiz mübarizəyə 1/16 finaldan qoşulub. Avropa çempionatının bürünc medalçısı mərhələ adlamaq üçün latviyalı Arturs Nikiforenko ilə üz-üzə gəlib. Döyüş cüdoçumuzun təmiz qələbəsi ilə yekunlaşıb. Kokauri ipponla mərhələ adlayıb.
Yığmamızın ən ağır çəkili cüdoçusu 1/8 finalda isə Hisoyoşi Harasava (Yaponiya) ilə gücünü yoxlayıb. təəssüf ki, görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Uşanqi ipponla uduzub.
Qeyd edək ki, Kokuaridən öncə Rioda mübarizə aparan 5 cüdoçumuzdan 2-si medal sevinci yaşayıb. Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırdıqları halda, Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) 7-ci yeri tutub. Nicat Şıxəlizadə (66 kq) isə ikinci görüşündə məğlubiyyətə üzülüb. Beləliklə, cüdoçularımız olimpiadanı cəmi iki gümüş medalla başa vurub.
MilliYol.Az
Digər xəbərlər
loading...