Pentaqon Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsindən sonra Suriyaya hərbi müdaxiləni istisna etməyib
APA-nın verdiyi məlumata görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mattis bildirib. Nazir deyib ki, ABŞ kimyəvi silahdan istifadəyə cavab olaraq Bəşər Əsəd rejiminə qarşı hava zərbələrini istisna etmir.
Qeyd edək ki, ötən həftə sonu Suriyanın Şərqi Quta bölgəsindəki Duma şəhərində kimyəvi silahdan istifadə nəticəsində azı 70 nəfər ölüb. Ölənlərin sayının artacağı deyilir. Duma şəhəri Şərqi Qutada müxalif qüvvələrin nəzarətində olan son yaşayış məntəqəsidir.
ABŞ, Avropa İttifaqı və Böyük Britaniya hadisəyə görə Suriya hökumətinin əsas dəstəkçiləri Rusiya və İranı da ittiham edib.
Digər xəbərlər
loading...