Maliyyə Bazarlarına Nəzarət Palatası devalvasiyalardan sonra yaranmış problemli kreditlərin azaldılması istiqamətində müxtəlif təkliflər hazırlayıb
Bu barədə etibarlı mənbə FED.az bildirib.
Mənbənin sözlərinə görə, xeyli müddətdir təkliflər müzakirə olunur və bu çərçivədə bankların da fikirləri öyrənilir. Qeyd edək ki, bu günə qədər iqtisadçı ekspertlər tərəfindən mətbuatda müxtəlif təkliflər irəli sürülüb.
Təkliflərdən biri devalvasiya nəticəsində artmış borcun dövlət, vətəndaş və bank arasında bölüşdürülərək qaytarılmasıdır. Qısası bu təklif qəbul olunarsa, borcun bir hissəsi dövlət tərəfindən, bir hissəsi borcalan tərəfindən ödəniləcək, digər bir hissəsi isə bank tərəfindən güzəşt ediləcəkdir. Digər bir təklifə görə, xarici valyutada olan kreditin aşağı məzənnə ilə ödənilməsi imkanının yaradılmasıdır.
Həmçinin, təkliflər çərçivəsində borcunu qaytaracaq şəxslərin adlarının kredit reystrinin “qara siyahsında” nəzərə alınması da müzakirə predmetidir. Qeyd edək ki, əhalinin dollarla götürdüyü kreditlərini ödəməməsinin başlıca səbəbi aidiyyatı qurumların güzəştlə bağlı hər hansısa bir addım atacağına ümid edilməsidir.
Digər xəbərlər
loading...