Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” messencerinin bağlanmasına qarşı çıxıb
İKT.lent.az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Mən hər zaman hökumətin bütün meydançalarda açıq və birbaşa dialoqunun tərəfdarı olmuşam. Ona görə mənim bütün sosial şəbəkələrdə akkauntlarım var. Hamı bilir ki, mən aktiv "Telegram" istifadəçisiyəm və həm şəxsi, həm də işlə bağlı məsələlərdə messencerdən istifadə edirəm" - deyə o qeyd edib.
"Telegram"ın bağlanmasının əleyhinə olduğunu yazan Kadırov "Roskomnadzor" və messencer rəhbərliyi arasında qanunvericiliyə və istifadəçilərin maraqlarına uyğun kompromisin tapılacağına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) “Telegram” şirkətinə qarşı iddia qaldırıb. Buna səbəb şirkətin istifadəçi mesajlarını şifrələməsi üzrə açarlarla bağlı göstərilən müddət ərzində cavab verməməsidir.
Xatırladaq ki, 2017-ci ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidməti “Telegram”dan istifadəçilərin məlumatlarının şifrələnməsi üçün açarları təqdim etməyi tələb edib. “Telegram” rəhbərliyi bu tələbi texniki olaraq mümkünsüz adlandırıb və ona bir neçə instansiyada etiraz etməyə çalışıb. Ancaq bütün bunlar uğursuz olub. Bu il martın 20-də şirkətin iddiası Rusiya Ali Məhkəməsi tərəfindən rədd edilib.
“Roskomnadzor” messencerə təhlükəsizlik orqanlarına şifrələlənmə açarlarını təqdim etmək üçün 15 sutka vaxt verib. Bu müddət aprelin 4-də başa çatıb.
Digər xəbərlər
loading...