“2018-ci ildə də islahatlar davam etdiriləcək, ölkədə biznes və sahibkarlıq mühiti yaxşılaşdırılacaq, kənd təsərrüfatı və qeyr-neft sektoru daha da inkişaf etdiriləcək”
Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin olunması, aqro parkların yaradılması, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev bundan əlavə, turizmin inkişafı, dəmiryolu infrastrukturunun yenidən qurulması, yeni asan xidmət mərkəzlərinin açılması, özünəməşğulluq proqramlarının icrası, qazlaşdırma, elektrik stansiyalarını tikilməsi, içməli su ilə təchizat, meliaritet tədbirlərin görülməsi, yeni yolların salınması, xəstəxana və məktəblərin inşası ilə bağlı tapşırıqlarını verib. (apa)
Digər xəbərlər
loading...