Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Almaniyada klinikaya yerləşdirilib, ürəyindən müalicə olunur
Məlumatı aprelin 9-da Novator.az-a İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbər verib. Onun sözlərinə görə, aprelin 8-də İsa Qəmbərlə telefonla danışıb: “İsa bəyin səhhəti yaxşıdır, müalicə kursu uğurla keçir”.
İsa Qəmbər bu ilin yanvar və fevral aylarında Bakıdakı Mərkəzi Klinik Xəstəxanada, fevralın sonundan mart ayının ortalarınadək Türkiyə paytaxtı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında müalicə olunub, aprelin 4-də Almaniyaya gedib.
61 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib.
1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
MilliYol.Az
Digər xəbərlər
loading...