Aprelin 8-də Masallı rayonunun Mollaoba kənd qəbiristanlığında kənd sakini Urfan Həsənovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə daxil olmuş məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib
Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, birgə keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Camalov tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma aparılır.
Kənd sakinlərinin verdiyi məlumata görə, qətlə yetirilən Urfan Həsənov sakit təbiətli adam imiş. Ona bir neçə bıçaq zərbəsi vuran İlqar Camalov isə ailəli olsa da ruhi xəstəlikdən əziyyət çəkirmiş və həbs olunmasını çox soyuqqanlıqla qarşılayıb. Qəbiristanlıq nəzarətçisini niyə öldürməsini soruşduqda isə belə cavab verib: "Bəli, mən öldürmüşəm, bu gün kimisə öldürməli idim, onu öldürdüm".
MilliYol.Az
Digər xəbərlər
loading...