Müğənni Niyam Salami Bakıda toylara getməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib
Axşam.az-ın məlumatına görə, sənətçi "Şou məkan" verilişində bildirib ki, dəvət olunduğu bütün toylara gəlir:
“Kənarda yaşayıb, işimi görmək və burada məclislərə qatılmaq daha yaxşıdır. Boş otumaqdansa, lazımsız insanlarla günümü keçirməkdənsə, o iş daha faydalıdır. Onsuz da qapalı insanıydım, otururdum evdə, heç yana çıxmırdım. Nə klub var idi, nə restoran. Orada daha rahatam.
Orada gördüyüm işin, buraya heç bir aidiyyatı yoxdur. Türk pasportu alıb oraya yerləşməmişəm ki, hər şeyim buradadır. Deyirlər ki, Niyam Türkiyəyə gedib. Onu toya çağırmaq belə sərf etmir. Ay qardaş, sən nə bilirsən ki, mən toya hansı qiymətə gedirəm?”.
Niyam getdikdən sonra onun haqqında mənfi danışanlara da cavab verib:
“Ölkədə olmadığım müddətcə bu sözləri eşidirəm ki, Niyam vətənini tərk etdi, getdi. Vətənini tərk edib getmək çox pis şeydir. Bu sözü mənim üstümə yıxmaqla siz nə qazanacaqsız? Deyirlər ki, gedib köhnə işi ilə məşğuldur. Köhnə işim nədir ki, görəsən? Siz köhnə işinizdən əl çəkirsiz ki? “Dığdığınızdan” əl çəkirsiz? Yenə köhnə adət-ənənələrimdən əl çəkirəm, amma siz bunu da etmirsiz.
Getmişəm pulumun dalınca, iş görməyə. Bu, bizim biznesimizdir. Hər bir sənətçinin biznesi ola bilər. Bacardığımız işi gorürük, restoran və səhnədir”.
MilliYol.Az
Digər xəbərlər
loading...