İsrail Hərbi Hava Qüvvələrinin 2 ədəd “F-15” təyyarəsi Suriyanın Homs əyalətində yerləşən T-4 aerodromuna zərbə endirib
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik bildirib ki, aprelin 9-da Moskva vaxtı ilə saat 03:25 və 03:53-də İsrailə aid 2 hərbi təyyarə Suriya hava məkanına daxil olmadan, Livan ərazisindən aviabazaya 8 idarəolunan raket atıb. Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən raketlərdən 5-i vurulub. Rusiyalı hərbi müşavirlər arasında ölən yoxdur.
“Al-Arabiya” telekanalı hadisə nəticəsində azı 14 hərbçinin öldüyü barədə xəbər yayıb. Ölənlər arasında iranlı hərbi müşavirlərin də olduğu bildirilir.
Qeyd edək ki, hadisədən sonra Suriya hökuməti ABŞ-ı ittiham edib. Lakin Pentaqon Suriyaya hər hansı zərbə endirmədiklərini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...