Almaniyanın Münster şəhərində kiçik yük avtomobilinin insanların üstünə sürülməsi faktı ilə bağlı araşdırma davam etdirilir, bununla belə, terrorçuluqla əlaqə aşkar olunmayıb
TASS xəbər verir ki, bunu bazar günü Almaniyanın daxili işlər naziri Horst Zeyehofer deyib.
"Terror özəkləri ilə bağlılıq olmayıb", - deyə nazir bildirib.
Qeyd edək ki, aprelin 7-də Almaniyanın Muenster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6 nəfərin vəziyyəti ağırdır.
Digər xəbərlər
loading...