Rusiya Xarici İşlər Nazirliyi ABŞ-a Suriya ilə bağlı xəbərdarlıq edib
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilir ik, dumanlı və saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməzdir və ağır nəticələrə gətirib çıxara bilər.
Suriya ordusunun xlor qazı və digər zəhərli qazlar tətbiq etməsi ilə bağlı informasiyaların dövriyyəyə buraxıldığını qeyd edən Rusiya Xarici İşlər Nazirliyi Suriyada qanuni hökumətin dəvəti ilə rusiyalı hərbçilərin olduğunu xatırladıb
Bundan əvvəl ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq olunması və 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib.
Digər xəbərlər
loading...