“Mart ayında təkrar mənzil bazarında qiymətlər 3,6 faiz ucuzlaşıb”
Oxu.Az-a bunu daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
O bildirib ki, ilin əvvəli ilə müqayisədə mənzillərin qiyməti 5,2 faiz düşüb.
İlkin mənzil bazarında qiymətlərə gəlincə, mart ayında 1,12 faiz azalma olsa da, ilin əvvəli ilə müqayisədə 5,5 faiz artım baş verib.
Ekspert deyir ki, ümumi daşınmaz əmlak bazarında ay ərzində 1,4 faiz azalma, ilin əvvəlindən 6,1 faiz artım müşahidə edilib.
Məlum olub ki, əsas qiymət artımları ilkin mənzil bazarında təməli yeni qoyulmuş binalarda baş verib.
Onun sözlərinə görə, təkrar mənzil bazarında evlərin kvadratmetrinin orta qiyməti 1600 manat, ilkin mənzil bazarında 1100 manatdır.
Digər xəbərlər
loading...