Qəzza bölgəsinin sərhədində İsrail əsgərləri ilə toqquşma nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf Al Kedra yayıb. O, ölənlərin arasında fələstinli jurnalistin olduğunu da söyləyib. Əşrəf Al Kedranın sözlərinə görə, güllə yarası alan jurnalist xəstəxanada keçinib.
Nazirlik bundan əvvəl 8 nəfərin, Fələstinin BMT yanında daimi müşahidəçisi Riyad Mansur 9 nəfərin həlak olduğunu bildirmişdi.
Xatırladaq ki, bir həftə əvvəl fələstinlilər Qəzza bölgəsinin blokadasına son qoymaq tələbi ilə aksiya keçiriblər. Martın 30-da keçirilmiş aksiya zamanı fələstinlilər İsrail əsgərlərinin müdaxiləsinə məruz qalıb və 22 nəfər həlak olub.
Digər xəbərlər
loading...