Rusiyanın populyar teleaparıcısı və müğənni Olqa Buzova şəxsi kriptovalyutasını yaratmaq planları barədə danışıb
Bu barədə o, Moskvada keçirdiyi ilk mətbuat konfransında bildirib.
Buzova bildirib ki, şəxsi imperiyasını yaratmaq niyyətindədir. Onun əsasında "Buzar" beynəlxalq blokçeyn platforması yerləşəcək. Gözlənilir ki, o, istifadəçilərə dost tapmağa, həmçinin ev kirayələmək, konsert və ya kinoya bilet almaq və digər imkanlar yaradacaq.
Platformanın nüvəsi "Buzcoin" kriptovalyutası olacaq. Buzova qeyd edib ki, o, şəxsi valyutasını yaratmış ilk rusiyalıdır. Yeni vahid elektron valyutanın təfərrüatları və qiyməti barədə müğənninin nümayəndələri aprelin 18-də məlumat verəcəklərinə söz veriblər.
Buzova əlavə edib ki, öz biznes layihəsi ilə əlaqədar səhnədən getmək niyyətində deyil. Əksinə, o, dünya səviyyəsinə çıxmaq niyyətindədir. (lent.az)
Digər xəbərlər
loading...