“Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının yekun Bəyannaməsi nazirlərin ölkələrin ərazi bütövlüyünə, daxili işlərinə qarışmamağa sadiqliklərini ifadə etdikləri balanslı sənəddir”
“Report” xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransının bağlanış mərasimində bu konfransın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatının XİN başçılarının konfransında qəbul edilmiş digər sənəddə – Bakı Bəyannaməsinin mətnində Dağlıq Qarabağ münaqişəsi məsələsi əksini tapıb: “Bakı Bəyannaməsində Qarabağ münaqişəsi barədə maddələr var, Avropa ilə bağlı maddədə nazirlər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğala davam etməsinə təəssüfləndiklərini bildirir”.
MilliYol.Az
Digər xəbərlər
loading...