Ötən gün SOCAR-ın yeni mətbuat xidmətinin fəaliyyətsizliyi və “dilsizliyi” ilə bağlı yazımızdan sonra deyəsən qarşı tərəfdə “isinmə” baş verib.
Belə ki, İbrahim Əhmədov sosial şəbəkələrdə aktivləşmək üçün SOCAR üçün sosial media üzrə xüsusi müxbir üçün elan verib. İşin maraqlı tərəfi isə sosial mediada post paylaşacaq müxbirə vəd edilən fantastik maaşdır (2025 manat). Əlbəttə, hər bir vətəndaşın və mütəxəssisin yüksək maaş alması lazımlı və alqışlanası məsələdir. Amma… məsələyə ən yaxşı cavabı elə bu paylaşımlara yazılan şərhlər vermiş olub:
– “Dənizdə işləyən fəhləyə heç bu qədər maaş verməzlər”
– “Camaat canını qoyur heç bu qədər maaş ala bilmir! Deputat maaşını “Facebook”da oturana verəcəksiz?”
Göründüyü kimi İbrahim ağa doğrudan da SOCAR-a ya deputat maaşına müxbir axtarır, ya da tapdığı “müxbirə” deputat maaşı verdirmək üçün əsas yaradır.
Bu məqamda isə ikinci bir haqlı sual yaranır. “Facebook”da oturana 2025 manatın veriləcəyi strukturun rəhbəri İbrahim Əhmədovun özü “lal-karlığına” görə nə qədər maaş alır görəsən?
Mənbə: Gunaz.org
Fotolar
Digər xəbərlər
loading...