“SOCAR-da korrupsiya və səlahiyyətlərdən sui-istifadə ilə bağlı ehtimalların araşdırılması üçün işçilərə daxili qaynar xətt açılıb”
“APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, tərəfdaşlarla və ictimaiyyətlə əlaqələr sahəsində, şirkətin kommersiya maraqlarını qorumaqla, şəffaflığın təmin edilməsi üçün hər il şirkət tərəfindən korporativ fəaliyyət haqqında təfsilatlı hesabatlar dərc edilir: ”SOCAR-ın davamlı inkişaf hesabatı, illik hesabat və maliyyə hesabatı nüfuzlu audit şirkəti “Ernst&Young” tərəfindən, mütəmadi olaraq, yoxlanılır və təsdiqlənir. Bütün fəaliyyətlərdə daha yüksək səmərə əldə etmək üçün şirkət üzrə daxili nəzarət və risklərin idarə edilməsi sistemi təşkil edilib”.
Digər xəbərlər
loading...