Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yeni tərkibi təsdiqlənib
“Report”un xəbərinə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Apellyasiya Şurasının sədrinin müavini ştatı yaradılıb. Həmin vəzifəyə Azərbaycan Prezident Administrasiyasının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəis müavini Mehdi Dadaşov təyin edilib.
Apellyasiya Şurasının sədri vəzifəsinə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev təyin olunub.
Şuranın digər üzvləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Rüfət Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Süleyman Qəmbərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər şöbəsinin baş məsləhətçisi Feyruz Mustafayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi Bəhram Məmmədli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Elturan Babayev, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Vilayət Abdullayevdir.
Əvvəlki tərkibdə olan Nəsimi Məmmədov, Niyaz Əliyev və Anar Əliyev yeni tərkibdən çıxarılıblar.
Digər xəbərlər
loading...