Xuraman Rüstəmovanın müəllimlərdən tələb etdiyi pullar kim üçün yığılmaqdadır...?
Diqqətinizə çatıraq ki, Beyləqan şəhərində 52-53 orta məktəb fəaliyyət göstərməkdədir. Hər bir məktəbdə isə ən azı 80 müəllim qeydiyyatda mövcudur. Qeydiyyatda olan müəəlimlərin çox sayda hissəsi ölü canlar olaraq qeydiyyata alınıb. Həmçinin rayonda təhsil alan imkanlı şəxslərin övladları isə təhsil davamiyyətinin olmaması və paytaxtda təhsil üçün repititor yanına getməsi ilə bağlı çox saylı məlumatlar mövcudur. RTŞ inspektoru Tahir Balayevin övladının adının Beyləqan təhsil ocağı 1 saylı məktəbdə getməsinə baxmayaraq həmin şagirdin rayonda deyil Bakıda repititor yanına getdiyi məlum olub.
Etibarlı mənbələrdən verilən məlumata görə, Beyləqan rayon təhsil şöbəsinin xanım müdirəsi artıq qanun tanımaması ilə yetərli qədər səs-küy yaratmağa nail olmuşdur. Təhsil nazirliyinin verdiyi qərarların tam əksini həyata keçirən Xuraman Rüstəmova yeni qərarları ilə yenidən narazı kütlə yaratmağa nail olmağı bacarıb.
Qeyd edək ki, 11 aprel 2018-ci il tarixində nəzərdə tutulan Prezident seçkilərinin ölkə talehində əsaslı rolu olması bəzi məmurların heçdə maraqlandırmadığı kimi regionlarda baş verən özbaşınalıqların geniş füsət almasıda müşahidə edilən hallardandır. Hazırki Prezident İlham Əliyevin dəfələrlə çıxışı zamanı məmurların vətəndaşlarına qarşı diqqətli olması tapşırığını verməsinə baxmayaraq məmurlar heçdə tam şəkildə verilən göstərişlərin icra edilmədiyi aşıkardır. Ölkə rəhbərinin əmrvə tövsiyələrinə məhəl qoymayan Beyləqan RTŞ müdirəsi Xuraman Rüstəmova himayəçisi TN DNŞ müdiri Kənan Quliyevin dəstəyi sayəsində bu günə qədər vəzifəsində qalmağa nail olmuşdur. BakuNews.az olaraq apardığımız araşdırmadan da məlum olub ki, Beyləqan rayon təhsilinin tamamilə məhv olması yolunda aparılan siyasətinə göz yumanlardan biri rayonun icra hakimiyyətinin başçısı olub. RTŞ müdirəsi ilə münasibətlərinin yaxşı olması məhs Vaqif Abdullayevin onu dəstəkləyərək RTŞ müdir olmasına nail olmasıda onun özbaşınalığına rəvac verib. Bu gün məlum olub ki, RTŞ müdir illərdir planladığı çirkin əməllərinin həyata keçməsi üçün hər addımı atmağa tərədüd belə etməyib.
Keçmiş RTŞ müdirinin də dediyi kimi “hər ay 52 məktəbdən 60.000 manat toplasamda ayda həmin pulun ən azı payladıqdan sonra 20.000 manatı mənə qalır”. Bəzi şəxslər vəzifədə olarkən əməllərini etiraf edir bəziləri isə vəzifədən getdikdən sonra. Əvvəl Beyləqan rayon 1 saylı tam orta məktəbin direktoru olan Xuraman Rüstəmova hal-hazırda RTŞ müdirəsi vəzifəsini icra etdiyin düşündüyü üçün məktəbləri öz babasından miras qaldığını sanmaqdadır. Atalar yaxşı deyib ki, “alma məzlumun ahını çıxar ahəstə-ahəstə”. Xuraman Rüstəmovanın illərdir təhsil sahəsində illərin verən müəllimlərin zəhmət haqqlarından rüşvət tələbi səngimək bilmir. 3-4 gündür Beyləqanda yeni tələblər irəli sürülməsi artıq seçki qabağı təxribat xarakteri daşımaqdadır ki, bu tələblərin şəxsi maraqları təmin etmək olması ilə bağlı BakuNews.az-a məlumat verilib. Belə ki, xanım müdirə oğluna qarşı açılmış cinayət işinin bağlanması və oğlunun azadlığa çıxarılmasına görə, təhsil ocaqlarında işləyən müəllimlərin hər birindən 10-20 azn yığılması tələbini irəli sürmüşdür. Təqribən Beyləqan rayon təhsil ocaqlarında 4200-5000-ə qədər müəllim heyəti fəaliyyət göstərməkdədir. Bu o deməkdir ki, Xuraman Rüstəmovanın etdiyi tələbdən 42.000-50.000 məbləğində vəsaitin yığılması deməkdir ki bu məbləğ hal hazırda yığılmaqdadır. Etdiyi tələblərə əməl etməyən müəllimlər isə təqibə məruz qalmaqdadırlar.
Hal-hazırda rayonda təhsil ocaqlarının müdirləri çıxılmaz durumda qalaraq kimisi 1000 kimisi 2000 manat məbləğini yığaraq RTŞ-yə vermək məcburiyyətində qalıb. Bu tələbləri isə Xuraman Rüstəmova şəxsən özü bir bir təhsil ocaqlarına gedərək tələb etməkdədir. Hətta təhsil ocaqlarına icra başçısı ilə birgə gedərək həmin məktəblərdən ikiqat məbləğ tələbdə edib. RTŞ inspektoru Kəmalə Qasımova inspektor Balayev Tahir və RTŞ müdiri Xuraman Rüstəmova ilə birlikdə məktəbləri gəzərək qanunsuz tələblərin icra edilməsi əmri vermişlər.(BakuNews.az)
Digər xəbərlər
loading...