Belarus Prezidenti Aleksandr Lukaşenko MDB ölkələrində, o cümlədən Azərbaycanda seçki kampaniyaları barədə danışıb. Bu mövzu Minskdə keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclası zamanı nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirə olunub
Belarus Prezidenti əmin olduğunu bildirib ki, Azərbaycan xalqı düzgün seçim edəcək:
“Əminəm ki, Azərbaycan xalqı da Rusiya xalqı kimi öz dövlətinin möhkəmlənməsi və çiçəklənməsi naminə düzgün seçim edəcək. Biz bu ölkə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda münasibətlərin inkişafına inanırıq”.
MDB müşahidəçilər missiyasının rolu barədə danışan A.Lukaşenko qeyd edib ki, Belarus hər zaman seçki proseslərində obyektivliyin tərəfdarı kimi çıxış edib:
“MDB xətti ilə seçkilərin müşahidəsi alternativ fikir formalaşdırmağa və öz rəylərini hələ seçkilərdən qabaq verən Qərb ekspertlərinin monopoliyası ilə mübarizə aparmağa imkan verir. Ona görə də biz MDB müşahidəçilərinin bu sahədə aktiv fəaliyyətini dəstəkləyirik”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.(virtualaz.org)
Digər xəbərlər
loading...