Bu gün Xətai rayonu, M.Hadi küçəsində intihar hadisəsi baş verib. 35 yaşlı rayon sakini Anar Cəbrayıllı özünü 11-ci mərtəbədən ataraq intihar edib
Sabunçu rayonunda da intihara cəhd hadisəsi baş verib. Balaxanı qəsəbəsində yaşayan 39 yaşlı Rəşad Həsənov özünü yaşadığı evin həyətində assa da, yaxınlarının köməkliyi ilə son anda xilas edilib və 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Həkimlərin verdiyi məlumata görə, hazırda onun vəziyyəti ağırdır.
Statistika göstərir ki, son günlər ölkədə intiharların sayı artıb. İstər Bakıdan, istərsə də rayonlardan hər gün bir neçə intihar xəbəri alırıq. Virtualaz.org mətbuatda işıqlandırılan xəbərlər əsasında araşdırıb ki, aprel ayının 1-dən 6-dək, yəni 5 gün ərzində ölkədə 11 intihar hadisəsi qeydə alınıb. İntiharlar nəticəsində 3 nəfər sağ qalıb, 8 nəfər ölüb. İntihar edənlər arasında müxtəlif yaş qruplarına aid şəxslər var.
İntiharlarla bağlı ölkədə rəsmi statistika aparılmasa da, mütəxəssislər son 10-15 ildə Azərbaycanda belə hadisələrin 5-6 dəfə artdığını deyirlər. İnsanları bu addıma təhrik edəcək yüzlərlə səbəb sadalanır. Onların içərisində ən qabarıq olanları maddi çətinlik, sosial problemlər, banklara olan borc, psixoloji zəiflik, depressiyalar, özünün və ya yaxınlarının ağır xəstəliyi, bəzən isə qarşılıqsız sevgi göstərilir.(Virtualaz.org)
Digər xəbərlər
loading...