Avqustun 10-da Moskvada Putinlə Sarkisyanın görüşü zamanı bağlı qapılar arxasında nələrin müzakirə edildiyi müəmmalı olaraq qalır. Çünki Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş olduğu bir vaxtda Sarkisyanın Putinlə görüşdən sonra “Qarabağ Azərbaycanın tərkibində olmayacaq, birtərəfli güzəştlər edilməyəcək” kimi müharibə bəyanatları səsləndirdi. Heç şübhə yox ki, bu, “dördgünlük müharibə”dən sonra irəliləyən Qarabağ danışıqlarının alt-üst edildiyi anlamına gəlir.
Lakin sonradan ortaya çıxan informasiyalar Sarkisyanın ictimai rəyə hesablanmış siyasi ritorikadan istifadə etdiyi göstərdi.
“Ermənistan rəhbərliyinin kəskin bəyanatlarına baxmayaraq, arxa planda nisbi razılıq əldə olunub”. Kremldəki yüksək vəzifəli diplomatın “Kommersant” nəşrinə dediyi bu sözlər də Sarkisyanın siyasi ritorikasını ortaya çıxardı.
Ən maraqlısı isə S.Sarkisyanın Moskvada “Qarabağ ətrafında nail olunmuş razılıqların yerinə yetirilməsinə biz hazırıq” açıqlaması oldu. Ermənistan prezidenti konkret hansı razılıqdan bəhs etdiyini açıqlamadı.
Publika.az xəbər verir ki, erməni politoloq Stepan Safaryan hesab edir ki, söhbət Rusiyanın Qarabağ planından gedir: “Bu, Qarabağa aralıq statusun verilməsi ilə ərazilərin qaytarılması deməkdir. Tezliklə biz bunun şahidi olacağıq”.
Onun sözlərinə görə, Sarkisyanın “birtərəfli güzəştlər olmayacaq” sözləri də şübhəlidir.
“Güman etmirəm ki, Rusiyanın Azərbaycanı güzəştə məcbur edəcək imkanları olsun. Əvəzində Ermənistan hakimiyyəti zəifdir və Moskvanın göstərişlərindən kənara çıxa bilmir. Bu, güzəştlərin məhz erməni tərəfinin edəcəyi deməkdir. Ümumilikdə Ankara və Moskvanı sakitləşdirmək üçün Moskva problemin həllini sürətləndirəcək. Mümkündür ki, Putin Ermənistanı kukla vəziyyətinə qoyub məsələnin həlli üçün planın reallaşdırılması haqda əmr verib”, - deyə o bildirib.
“Lragir” saytı isə bağlı qapılar arxasında müzakirələrdən sonra jurnalistlərin qarşısına çıxan Putinin üz ifadəsinə diqqət çəkib.
“Rusiya prezidentinin gözləri parlayırdı. Bu, məxfi görüşə dair ehtimallar yaradır. Hətta bir az da irəli gedərək, Putinin Sarkisyana güzəştlərə getməsi ilə bağlı təlimat vermədiyini də demək olar. Təbii ki, bütün bunlar rəsmi protokolda əks oluna bilməzdi”, - deyə sayt qeyd edib.
MilliYol.Az
Digər xəbərlər
loading...