ATƏT Azərbaycanda fəaliyyət göstərən “Kanal 13″ internet televiziyasının direktoru Əziz Orucovun azadlığa buraxılmasını alqışlayıb
“Report”un məlumatına görə, qurumun media azadlığı üzrə nümayəndəsi Arlem Dezir məsələ ilə bağlı bəyənat yayıb.
O qeyd edib ki, ATƏT-in media azadlığı üzrə ofisi digər jurnalistlərin cinayət işi ilə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə və ölkədə media azadlığı ilə bağlı vəziyyəti yaxşılaşdırmağa dəstək verməyə hazırdır.
Qeyd edək ki, “Kanal 13″ internet televiziyasının direktoru Əziz Orucov aprelin 5-də azadlığa buraxılıb.
Digər xəbərlər
loading...