Kriptovalyuta bazarında qiymətlərin ucuzlaşması davam edir
Ucuzlaşma bütün virtual pulların qiymətində özünü göstərib. Belə ki, dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 7 min dollardan da aşağı satılır.
Daha dəqiq desək, Trend-in “CoinMarketCap” portalına istinadən məlumatına görə, bitkoinin qiyməti 6,41% ucuzlaşaraq 6,86 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma baş verib. Belə ki, “Ethereum” 5,1% və ya 382,6 dollaradək, “Ripple” 6,11% (0,501 dollara qədər), “Bitcoin Cash” isə 6,47% (642,59 min dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 258,2 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.
Digər xəbərlər
loading...