Türkiyə baş nazir Binəli Yıldırım müavini Mehmet Şimşəklə bağlı mətbuatın yaydığı məlumatlara aydınlıq gətirib
Axar.az xəbər verir ki, Yıldırım Monqolustan səfərindən öncə jurnalistlərə açıqlamasında Şimşəkin vəzifəsindən azad edilmədiyini bildirib.
“İddialar, dedi-qodular Ankarada bitməz. Mehmet Şimşək öz vəzifəsini icra edir. Nazirlər Kabinetində nə zaman, kimi dəyişdirəcəyimizə qərar verdikdən hərəkətə keçərik. Hazırda gündəmimizdə belə bir şey yoxdur. Hökumətimizin fəaliyyəti qərarlı şəkildə davam edir”, – deyə o bildirib.
Qeyd edək ki, mətbuatın Şimşəkin istefaya göndərildiyi haqqında yaydığı məlumat valyuta bazarında qarışıqlığa səbəb olub. Belə ki, bu xəbərdən sonra yerli valyuta ucuzlaşıb nəticədə dollar rekord həcmdə bahalaşaraq 4,0469 lirəyə çatıb.
Digər xəbərlər
loading...