ABŞ prezidenti Donald Tramp ABŞ-ın ticarət nümayəndəsinə Çin istehsalı olan mallarına tətbiq edilən rüsumların 100 milyard dollaradək qaldırmaq imkanını nəzərdən keçirməyi tapşırıb
Qeyd edək ki, ABŞ hökuməti bundan əvvəl Çin istehsalı olan mallarına tətbiq edilən rüsumların 50 milyard dollaradək artırmağı qərara alıb. Ağ Ev yeni rüsumların tətbiqini Çin tərəfinin intellektual hüquqları pozması ilə əlaqələndirib. ABŞ məhz bu yolla Çinlə çoxmilyardlıq ticarət kəsirini adlamaq niyyətindədir.
Pekin də öz növbəsində ABŞ-a qarşı rüsumları 50 milyard dollaradək artırmağı qərara alıb. Lakin Çin rüsumları hələlik qüvvəyə minməyib.
ABŞ lideri yeni rüsumların tətbiqini Çinin “ədalətsiz cavab tədbirləri” fonunda baş verəcəyini vəd edib.(APA)
Digər xəbərlər
loading...