«AzPolitika.info» Rusiya KİV-nə istinadla xəbər verir ki, Britaniyanın Solsberi şəhərində kimyəvi silah növü ilə zəhərlənmiş sabiq Rusiya kəşfiyyatçısı Sergey Skripalın qızı Yuliya Skripal bir həftə budan əvvəl özünə gəlib və sağalmağa doğru gedir. Bununla bağlı Yuliya bəyanatla çıxış edib:
«Bir həftədən artıqdır ki, mən ayılmışam və söyləməkdən xoşhalam: Hər gün daha da güclənirəm. Mənə olan marağa və aldığım çoxsaylı səmimi ismarıclara görə, hamıya minnətdaram.
Sağalmağıma görə, çoxsaylı insanlara, xüsusilə də Solsberi şəhərinin sakinlərinə minnətdarlıq etməliyəm. Atam və mən «özümüzdə olmayan» dəqiqələrdə onlar bizim köməyimizə gəliblər. Bundan da artıq, perşəkarlığına və bizə göstərdiyi qayğıya görə, mən Solsberi rayon xəstəxanasının personalına minnətdarlıq etməliyəm.
Əminəm ki, Sizlər anlayırsınız – bütün bu epizod məni nə qədər sarsıdıb? Mən ümidvaram ki, sağlamlığımın bərpası dövründə Sizlər mənim şəxsi həyatıma və mənim ailəmin həyatına hörmətlə yanaşacaqsınız».
Digər xəbərlər
loading...