Bir əsirlik tarixi olan ata-baba bağları əllərindən alınan vətəndaşlar üsyan edir
Bakı şəhər sakini Quliyeva Nurəngiz Xanlar qızı və digərləri bir əsrdən artıq bir müddətdir onlara məxsus olan dədə-baba bağ torpaqlarının əllərindən saxta sənədləşmə yolu ilə alındığını iddia edirlər.
Şikayətçilər bildirirlər ki, onlar yaranmış narazılıqla bağlı bir sıra dövlət qurumlarına şikayət edib, hətta Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun da qəbulunda olublar, ancaq problem bu günə kimi həllini tapmayıb. Aparılan yeni sənədləşmə əsasında bağları başqa vətəndaşlara verilən şikayətçilər bu işdə başlıca təqsirkar kimi Dövlət Reystr Xidmətini görürlər.
Azinforum.az vətəndaşların şikayəti əsasında hazırladığı videoreportajı təqdim edir. Videoreportajda adları çəkilən qurumlar və şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Digər xəbərlər
loading...