Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
APA-nın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimovun vəkili çıxış edib. O, R. Rəhimovun hadisə yerindən qaçmadığını deyib.
O, işlə bağlı təkrarən avtotexniki ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə verilən vəsatəti təmin etməyib. Sonra prosesdə hadisənin baş vermə anının videogörüntüləri nümayiş etdirilib.
Daha sonra prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı R. Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, ötən məhkəmə prosesində işə yeni vəkil qoşulduğu üçün məhkəmə istintaqı yenilənməsi barədə qərar qəbul edilib.
Əvvəlki məhkəmə istintaqı zamanı da prokuror R. Rəhimovun 6 il azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. şəhid Elton Əkbərovun qızı Könül Əkbərova “Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb.
1975-ci il təvəllüdlü Könül Əkbərovanı “Jeep Grand Cherokee”markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.
Digər xəbərlər
loading...