İspaniyanın "Barselona" klubu yeni rekord müəyyənləşdirib
MilliYol.Az report-a istinadən xəbər verir ki, rəqibləri Kataloniya təmsilçisinə qarşı cari mövsüm Çempionlar Liqasının oyunlarında 5 avtoqola imza atıblar. Çempionlar Liqasının 1/4 final mərhələsində evdə "Roma" ilə matçda da İtaliya təmsilçisinin iki futbolçu Daniele De Rossi və Konstantinos Manolas topu öz qapısından keçirib. Görüş "Barsa"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, digər avtoqollar Çempionlar Liqasının qrup mərhələsində qeydə alınıb. Portuqaliyanın "Sportinq" klubunun futbolçuları Jeremi Matyö, Sebastyan Koates və Yunanıstanın "Olimpiakos" komandasından Dimitrios Nikolau "Barselona" ilə görüşdə avtoqol müəllifi olub.
Digər xəbərlər
loading...