Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı bədbəxt hadisə nəticəsində ölüb
Yerli sakinlərin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, hadisə Oğuz rayonunun Muxas kəndində yerləşən yüksək dağlıq ərazidə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Oğuz rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi işləyən Məhərrəmov Tahir Seyfəddin oğlu qayadan yıxılaraq ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Digər xəbərlər
loading...